"Neftçi" Pon du Qarda 1/4 finala yüksəldi

Xəbərlər
31 Avqust 2023 21:52
"Neftçi" Pon du Qarda 1/4 finala yüksəldi

21:52

Avqust 31-də Fransanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində qrup oyunları start götürüb.

İdman.biz xəbər verir ki, "Neftçi" qrupda ikinci oyunu Niderland seçməsinə qarşı keçirib. Qarşılaşma basketbolçularımızın 19-12 hesablı qələbəsi ilə başa çatıb. Bu uğur "Neftçi"yə 1/4 finala vəsiqə qazandırıb.

"Neftçi" nin 1/4 finalda D qrupunu ikincisi ilə qarşılaşacaq. Oyun sentyabrın 1-də keçiriləcək.

--------

20:00

31 avqust Fransanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində qrup oyunları start götürüb.

İdman.biz xəbər verir ki, təmsilçimiz "Neftçi" qrupun ilk oyununda Misir millisi ilə qarşılaşıb və rəqibinə 21:12 hesabı ilə qalib gəlib. "Neftçi" nin qrupda ikinci oyunu Niderland seçməsinə qarşı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:20 -də baş tutacaq.

İdman.biz