“Neftçi” basketbolçuları Uqanda millisinə qalib gəliblər

16 İyun 2026 23:28
105
“Neftçi” basketbolçuları Uqanda millisinə qalib gəliblər

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Orlean (Fransa) mərhələsinin ilk oyun gününün görüşləri keçirilib.

İdman.Biz bildirir ki, ölkəmizi bu mərhələdə təmsil edən “Neftçi” ilk qrup oyununda Yaponiyanın “Mitsubişi Elektrik” klubuna 11:16 hesabı ilə məğlub olsa da, ikinci oyununda Uqanda millisinə 18:14 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrupda ilk iki pillənin sahibləri turnirin 1/4 finalına vəsiqə qazanacaqlar.

İdman.Biz