21 yaşlı basketbolçu İranda etirazlar zamanı öldürülüb

Xəbərlər
15 Yanvar 2026 09:48
80
21 yaşlı basketbolçu İranda etirazlar zamanı öldürülüb

İranın “Farzana Şemiran” basketbol klubunun üzvü, 21 yaşlı Əhməd Xosrəvaninin adı ölkədə baş verən hadisələrlə bağlı gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, Tehrandan olan basketbolçu, Şərif Texnologiya Universitetinin tələbəsi Əhməd Xosrəvani odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

Xosrəvani “Farzana Şemiran” komandasının tərkibində Tehranın 3x3 basketbol turnirinin qalibi olub və eyni zamanda Tehran Liqasının ən yaxşı oyunçusu seçilib.

Qeyd olunur ki, Əhməd Xosrəvaninin atası İran-İraq müharibəsi zamanı yaralananlardan biri olub.

İdman.Biz