Bozinovski: “Oyunu müdafiəmiz qazandı”

Xəbərlər
21 Dekabr 2023 09:39
329
Bozinovski: “Oyunu müdafiəmiz qazandı”

“Oyunun sonuna yaxın daha çox enerji sərf etdik”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məqşçisi Nikola Bozinovski deyib.

Təcrübəli mütəxəssis komandasının "Xəzri" üzərindəki çətin qələbəsini şərh edib. O, müdafiə xəttinin oyununu xüsusi vurğulayıb: "Çox çətin oyun oldu. Bəlkə də startda hücumda istədiyimiz alınmadı, amma müdafiədə düzgün oynadıq. Biz bu cür oynamağı xoşlayırıq. Bu oyunu müdafiəmiz qazandı. Maykl Holton bir neçə 3 xallıq atışlar etdi.. Rəqibi müdafiəmizlə məğlub etdik. Onların geridönüş etmək şansı var idi. Lakin sonda qələbə qazanan tərəf biz olduq".

Qeyd edək ki, “Sabah” Azərbaycan Basketbol Liqasının IX turunda “Xəzri”ni 84:80 hesabı ilə məğlub edib.

İdman.biz