Şəhriyar Əsgərov: “Şans bizdən üz döndərdi”

Xəbərlər
8 Yanvar 2026 20:20
61
Şəhriyar Əsgərov: “Şans bizdən üz döndərdi”

Azərbaycan Basketbol Liqasında “Quba” “Ordu”ya 111:116 hesabı ilə uduzub və matçdan sonra komandanın baş məşqçisi Şəhriyar Əsgərov qarşılaşma barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis oyunun gedişindən və sonluğundan narazı qaldığını bildirib.

“Beş xallıq fərqlə uduzduq. Güclü müqavimət göstərdik, hətta sona yaxın önə də keçdik. Amma şans bizdən üz döndərdi. Oyunçulara heç nə demək olmaz, çünki oynadılar, əllərindən gələni etdilər. Sadəcə rəqib güclüdür, skamyasında yaxşı oyunçular var. Yeni götürdüyümüz oyunçu Hüseyn pis çıxış etmədi. Bu sevindirici haldır ki, ilk matçda özünü göstərdi. Gələcəkdə bizə daha çox kömək edəcəyini düşünürəm. Digər oyunçuların hamısına təşəkkür edirəm. Sonluğa yaxın Zaur Paşayevin zədə alması oyuna öz təsirini göstərdi. Hazırda tibbi müayinəyə ehtiyac var. Oyundur hər şey olur. Qalib gələ bilərdik, amma uduzduq. Buna görə məğlubiyyət daha ağırdır”.

İdman.Biz