Erhan Toker: “Hər zaman qələbə üçün oynayırıq, amma məğlubiyyətlər də qaçılmaz deyil”

Xəbərlər
20 Dekabr 2025 22:34
42
Erhan Toker: “Hər zaman qələbə üçün oynayırıq, amma məğlubiyyətlər də qaçılmaz deyil”

“Əslində biz ötən həftə keçirilən oyunlardan sonra ikinciliyi təmin etmişdik. Bu həftə isə istədiyimiz məşqləri edə bilməmişdik. Son oyundan sonra Ceyms Frazier zədəsi səbəbi ilə məşq edə bilmirdi. 2-3 gün öncə də Saadettin Donat zədələndi. Buna görə bizim üçün də hazırlıq prosesi fərqli oldu. Oyun da eynilə. Yararlana biləcəyim oyunçular baxımından söyləyirəm”.

İdman.Biz bildirir ki, bu sözləri “Absheron Lions”ın baş məşqçisi Erhan Toker “Sabah”la matçdakı qələbədən sonra deyib.

Oyun 101:97 hesabı ilə “Abşeron Lions”un xeyrinə yekunlaşıb.

“Rəqib də mənə elə gəlir bu oyunçularla oynayacağımızı gözləmirdi. Onlar bir də avrokuboklarda mübarizəni dayandırmışdılar həftəiçi. Bəlkə motivasiyaları aşağı olar deyə düşünmüşdük. Oyunun böyük bir hissəsi bərabər mübarizə şəraitində keçdi. Fərqin böyüməsinə icazə vermədik. Oyunçularım çox yaxşı mübarizə etdi. Parketdə olan bütün oyunçularım komandaya qatqı verə bildi. Komanda oyunu oynadıq. Qarşıda bizi “Şəki” ilə oyun gözləyir. Sırada bu oyuna hazırlıq bizi gözləyir. Daha əvvəl də demişəm, biz hər zaman qələbə üçün oynayırıq, amma başa düşürük ki, məğlubiyyətlər də qaçılmaz deyil. Hər qarşılaşmada çətin situasiyalarda çözüm axtarırırq və bu gün bunu tapa bildik”, - Toker əlavə edib.

Məşqçi hakimliklə də bağlı fikir bildirib: “Hakimlər ilk dəqiqələrdən güzəştə getməyəcəklərini göstərirdi. Onlar nə gördülərsə fiti səsləndirdilər. Bəzən bizim əleyhimizə, bəzən rəqibin. Məncə çox təsir etdiklərini düşünmürəm. Biz yaxşı oynadıq, yaxşı hücum edib, yaxşı müdafiə olunduq. Hər zaman belə gərgin oyunlarda nəticə sonda hakimin üzərində qalır.

Fikir versəniz, oyunun böyük bir hissəsində komandamıza qarşı tez-tez referilər foul qeydə alırdı. Buna etiraz edirdim və mən də xəbardarlıq aldım. Oyunun sonun da isə stepslər düzgün qərar idi mənə görə. Bəlkə texniki foullar müzakirə oluna bilər, amma orada da kim danışdısa, etiraz etdisə içi mən daxil hər kəs aldı foul. Oyunun sonunda sadəcə bizim heyətdə Orelik Gediminasın atışları əla oldu və Frazierlə birgə sonluğu əla gətirdilər. Bu bizi qələbəyə apardı”.

İdman.Biz