Bu gün Azərbaycan Basketbol Liqasında onuncu tura start veriləcək

Xəbərlər
18 Dekabr 2025 09:08
52
Bu gün Azərbaycan Basketbol Liqasında onuncu tura start veriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında onuncu tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.

B qrupunda “Sərhədçi” “Sumqayıt”la qarşılaşacaq. Görüş “Sərhədçi” İdman Mərkəzində, saat 20:00-da start götürəcək.

“Sumqayıt” qrupda beşinci, “Sərhədçi” isə sonuncu - altıncı pillədə qərarlaşıb. Hər iki komandanın 11 xalı var.

İdman.Biz