Təxirə salınan “Şəki” - “Neftçi” qarşılaşması bu gün keçiriləcək

Xəbərlər
17 Dekabr 2025 09:21
42
Təxirə salınan “Şəki” - “Neftçi” qarşılaşması bu gün keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında yeddinci turdan təxirə salınmış matç keçiriləcək.

İdman.Biz xəbər verir ki, A qrupunda oynanacaq matçda “Şəki” “Neftçi”ni qəbul edəcək.

A qrupunun qarşılaşması Şəki Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” qrupda dördüncü, “Şəki” isə beşinci pillədə yer alıb. Hər iki komandanın 10 xalı var.

İdman.Biz

Məqalədə: