Azərbaycanın qızlardan ibarət U-16 basketbol yığması Belarusda keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.
İdman.Biz bildirir ki, milli ilk matçda ev sahibləri ilə qarşılaşıb.
Qarşılaşma yığmamızın 65:61 hesablı qələbəsi ilə bitib.
Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq turnirə dekabrın 7-də yekun vurulacaq.
