Amerikalı oyunçu Azərbaycan klubunu təhlükəli adlandırıb

15 Dekabr 2023 11:42
746
Amerikalı oyunçu Azərbaycan klubunu təhlükəli adlandırıb

"Hər zaman olduğu kimi, qarşıdakı oyundan qələbə gözləyirik. Düşünürəm ki, komanda yaxşı hazırlaşıb və görüşə tam hazırdır”.

İdman.biz xəbər verir ki, bunu NTD-İNDİQO-nun basketbolçusu Daniel Vestbruk Azərbaycan çempionatında "Cəlilabad"la oyunu dəyərləndirərkən deyib.

Amerikalı basketbolçu bildirib ki, rəqibi yaxşı təhlil ediblər: “Bu mövsüm "Cəlilabad"ın bir neçə oyununu izləmişəm. Nəticələri hələlik istənilən səviyyədə olmasa da, çox təhlükəli bir komandadır. Düşünürəm ki, hazırda çox yaxşı formadayıq. Komandamız oyundan-oyuna artırır. Liqada həqiqətən güclü klublar çoxdur. Ancaq var gücümüzlə oynasaq, istənilən komandanı məğlub edə bilərik”.

Qeyd edək ki, VIII tur çərçivəsində keçiriləcək NTD-İNDİQO – “Cəlilabad” matçı dekabrın 17-də, saat 12:00-da start götürəcək.

İdman.biz