Azərbaycanın 3x3 basketbol millisi İslam Oyunlarının qalibi olub - YENİLƏNİB + FOTO

19 Noyabr 2025 21:10
271
Azərbaycanın 3x3 basketbol millisi İslam Oyunlarının qalibi olub - YENİLƏNİB + FOTO

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

İdman.Biz bildirir ki, finalda basketbolçularımız Türkiyə komandasına 21:13 hesabı ilə qalib gəliblər.

Beləliklə, komandamız çempionluq titulunu qoruyub.

Qeyd edək ki, millimiz 2017 və 2022-ci illərdə də İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu və bu nəticə ilə üçüncü dəfə ardıcıl olaraq zirvəyə yüksəlib.

18:40

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

İdman.Biz bildirir ki, yığmamız yarımfinalda Misir yığmasını 22:15 hesabı ilə məğlub edib.

Komandamızın finaldakı rəqibi Türkiyə - İran matçının qalibi olacaq. Həlledici qarşılaşma bu gün keçiriləcək.

İdman.Biz