Noyabrın 17-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında 3x3 basketbol üzrə yarışlara start verilib.
İdman.Biz bildirir ki, qadınlardan ibarət millimiz ilk qrup oyununda ev sahibi Səudiyyə Ərəbistanına 21:8, ikinci oyununda isə Türkiyə yığmasına 19:11 hesabı ilə qalib gəlib.
Bu gün qrupda sonuncu oyununu keçirən qızlarımız, Kot-d’İvuar üzərində 21:14 hesablı qələbə qazanaraq A qrupunun lideri kimi yarımfinala yüksəlib.
Qeyd edək ki, yarımfinaldakı rəqibimiz B qrupunu ikinci pillədə tamamlayan kollektiv olacaq.
