İslamiada: 3x3 millimiz ikinci qələbəsini qazanıb - YENİLƏNİB + FOTO

Xəbərlər
17 Noyabr 2025 23:12
168
İslamiada: 3x3 millimiz ikinci qələbəsini qazanıb - YENİLƏNİB + FOTO

Vİ İslam Oyunlarında 3x3 basketbol yarışı bu gün start götürüb.

İdman.Biz bildirir ki, Azərbaycan qadın basketbol komandası A qrupunda növbəti oyununu keçirib.

Komandamız Türkiyəni 19-11 hesabı ilə məğlub edib.

İlk oyunda millimiz Səudiyyə Ərəbistanından üstün olmuşdu.

18:30

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunları davam edir.

İdman.Biz xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün ilk oyununu keçirib.

Yığmamız Səudiyyə Ərəbistanı komandasına 21:8 hesabı ilə üstün gəlib.

Azərbaycan millisi bu gün turnirdə ikinci oyununda Türkiyə yığması ilə qarşılaşacaq.

İdman.Biz