Avropa çempionatı: Azərbaycan qadın basketbol millisi seçmə mərhələdəki ilk oyununda uduzub - YENİLƏNİB

12 Noyabr 2025 16:52
326
Avropa çempionatı: Azərbaycan qadın basketbol millisi seçmə mərhələdəki ilk oyununda uduzub - YENİLƏNİB

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda məğlub olub.

İdman.Biz xəbər verir ki, baş məşqçi Evren Alkayanın rəhbərlik etdiyi kollektiv E qrupundakı ilk oyununda Bolqarıstan komandası ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən matç rəqibin 141:48 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan komandası noyabrın 15-də Monteneqronu qəbul edəcək.

10:32

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupundakı ilk oyununda Bolqarıstanla üz-üzə gələcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan komandası noyabrın 15-də Monteneqronu qəbul edəcək.

İdman.Biz