“Gəncə” NTD üzərində qələbə qazandı - YENİLƏNİB

Xəbərlər
8 Noyabr 2025 17:15
171
“Gəncə” NTD üzərində qələbə qazandı - YENİLƏNİB

Bu gün Azərbaycan Basketbol Liqasının VI turunun A qrupunda növbəti qarşılaşma baş tutub.

İdman.Biz xəbər verir ki, A qrupunun oyununda “Gəncə” öz meydanında NTD-ni qəbul edib.

Gəncə Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma meydan sahiblərinin 90:78 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında “Sumqayıt” “Lənkəran”ı (98:94), “Ordu” isə “Naxçıvan”ı (100:76) məğlub edib. Tura noyabrın 9-da yekun vurulacaq.

10:23

Bu gün Azərbaycan Basketbol Liqasının VI turunun A qrupunda növbəti qarşılaşma baş tutacaq.

İdman.Biz xəbər verir ki, “Gəncə” komandası öz meydanında NTD ilə qarşılaşacaq.

Görüş Gəncə Olimpiya İdman Kompleksində saat 14:00-da başlayacaq.

Hazırda “Gəncə” qrup cədvəlində beşinci, NTD isə altıncı (sonuncu) pillədə qərarlaşıb. Hər iki komandanın aktivində beş xal var.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Lənkəran”ı 98:94, “Ordu” isə “Naxçıvan”ı 100:76 hesabı ilə məğlub edib. Tura noyabrın 9-da yekun vurulacaq.

İdman.Biz
Məqalədə: