“Sumqayıt” səfərdə “Lənkəran”ı məğlub edib - YENİLƏNİB

6 Noyabr 2025 17:24
131
“Sumqayıt” səfərdə “Lənkəran”ı məğlub edib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında VI tura start verilib.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə “Sumqayıt” səfərdə “Lənkəran” komandası ilə üz-üzə gəlib.

Lənkəran Olimpiya İdman Kompleksində keçirilən görüş Sumqayıt komandasının 98:94 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

10:00

Bu gün Azərbaycan Basketbol Liqasının VI turu başlayacaq.

İdman.Biz xəbər verir ki, bu günün yeganə qarşılaşması “Lənkəran” və “Sumqayıt” komandaları arasında keçiriləcək.

Oyun Lənkəran Olimpiya İdman Kompleksində saat 15:00-da başlayacaq.

Meydan sahibləri B qrupunda 7 xalla üçüncü, “gənclik şəhəri” təmsilçisi 6 xalla altıncı pillədə yer alır.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

İdman.Biz