“Sumqayıt” “Sabah”ın basketbolçusunu icarəyə götürüb

Xəbərlər
27 Oktyabr 2025 17:35
43
“Sumqayıt” “Sabah”ın basketbolçusunu icarəyə götürüb

“Sumqayıt” daha bir basketbolçunun keçidini reallaşdırıb.

İdman.Biz Sumqayıt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan basketbolçu Hüseyn Qaflanovu icarəyə götürüb.

Qeyd edək ki, gənc basketbolçu karyerası ərzində “Real Madrid Academy”, “Valencia Basket Academy”, VKM, “Southern California Academy”, “DME Wisconsin” kimi klublarda çıxış edib.

İdman.Biz