Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Lebron Ceyms NBA-nın səs-küylü həbs qalmaqalında mərcin səbəbkarı kimi göstərilib - İdman və Biz

Lebron Ceyms NBA-nın səs-küylü həbs qalmaqalında mərcin səbəbkarı kimi göstərilib

Xəbərlər
24 Oktyabr 2025 09:08
72
Lebron Ceyms NBA-nın səs-küylü həbs qalmaqalında mərcin səbəbkarı kimi göstərilib

NBA-nın keçmiş oyunçusu Deymon Cons “Los Anceles Leykers” komandasının forvardı Lebron Ceyms haqqında məlumatlardan Kaliforniya komandasının oyunlarında mərc gəlmək üçün istifadə edib.

İdman.Biz bu barədə “The Athletic”ə istinadla xəbər verir.

Məlumata görə, “Leykers”in paltardəyişmə otağına giriş imkanı olan Cons, oyunçunun (Lebronun) statusu ilə bağlı ictimaiyyətə açıqlanmayan məlumatları ötürüb.

Mənbənin məlumatına görə, Cons Ceymsin 2023-cü il fevralın 9-da “Miluoki Baks”la oyunu buraxacağı barədə məlumat paylaşıb.

Cons iddia edilən ortaqları Erik Ernest və Marves Ferli vasitəsilə insayder məlumatlarını satıb və ya ondan qazanc əldə etməyə cəhd göstərib. Nəşrin Liqadakı mənbəsi əlavə edib ki, Ceyms özü Consun onun haqqında məlumat ötürməsindən xəbərsiz olub.

Bundan əlavə, Consun “Leykers”in digər top oyunçuları haqqında da insayder məlumatlarını ötürdüyü bildirilir. Konkret olaraq, 15 yanvar 2024-cü il tarixli görüşdən əvvəl təqsirləndirilənlərdən biri Cons bir oyunçunun zədələnməsi və onun meydançadakı oyun müddətinin mümkün azaldılması barədə məlumat verdikdən sonra “Leykers”ə qarşı 100.000 dollarlıq mərc edib. Oyun Kaliforniya komandasının qələbəsi ilə başa çatıb və oyunçu adi rejimdə oynayıb. Bundan sonra Ferli Consdan verdiyi məlumat üçün ödədiyi 2500 dolları geri qaytarmasını tələb edib.

Cons “Leykers”in rəsmi əməkdaşı olmayıb, lakin Ceymslə işlədiyi üçün komandanın paltardəyişmə otağına, təyyarələrinə və otellərinə çıxışı var idi. O, daha əvvəl, 2005-2008-ci illərdə “Klivlend Kavaliers”də Lebronla birlikdə oynayıb.

İdman.Biz