NBA “Portlend”in baş məşqçisinin və “Mayami”nin oyunçusunun həbsi ilə bağlı bəyanat verib

Xəbərlər
23 Oktyabr 2025 23:45
40
NBA “Portlend”in baş məşqçisinin və “Mayami”nin oyunçusunun həbsi ilə bağlı bəyanat verib

Milli Basketbol Assosiasiyasının (NBA) mətbuat xidməti “Portlend Treyl Bleyzers”in baş məşqçisi Çonsi Billaps və “Mayami Hit”in müdafiəçisi Terri Rozirin həbsinə münasibət bildirib.

İdman.Biz bildirir ki, daha əvvəl onların qanunsuz idman mərc oyunlarında iştirakda şübhəli bilindiyi barədə xəbər verilib.

“Hazırda bu gün irəli sürülən federal ittihamları nəzərdən keçiririk. Terri Rozir və Çounsi Billaps dərhal komandalarından uzaqlaşdırılıblar və biz müvafiq orqanlarla tam əməkdaşlığı davam etdirmək niyyətindəyik.

Biz bu ittihamları çox ciddi qəbul edirik və oyunumuzun bütövlüyünü və nüfuzunu qorumaq bizim əsas prioritetimiz olaraq qalır”, - NBA-nın bəyanatında deyilir.

İdman.Biz