Qanunsuz mərc oyunları ilə bağlı “Portlend”in baş məşqçisi də daxil olmaqla 30-dan çox şəxs həbs edilib

Xəbərlər
23 Oktyabr 2025 20:07
40
Qanunsuz mərc oyunları ilə bağlı “Portlend”in baş məşqçisi də daxil olmaqla 30-dan çox şəxs həbs edilib

Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel “Portlend Treyl Blezers”in baş məşqçisi Çonsi Billaps, “Mayami Hit”in müdafiəçisi Terri Rozir və keçmiş NBA oyunçusu Deymon Consun həbsi ilə bağlı açıqlama verib.

İdman.Biz bildirir ki, bu üç nəfər qanunsuz idman mərc oyunlarında iştirakda şübhəli bilinir.

Daha əvvəl bildirilmişdi ki, Billapsın adı mütəşəkkil cinayətkarların iştirak etdiyi qanunsuz poker oyunları ilə bağlı işdə hallanır. Rozir, bəzilərinin yalandan zədələndiyi iddia edilən indiki və keçmiş basketbolçuların adlarının hallandığı ayrı bir mərc işində müttəhimdir.

“Bu gün biz Nyu-Yorkda həm NBA, həm də mafiyanı əhatə edən böyük və geniş cinayət sxemində tarixi həbsi elan etmək üçün buradayıq. Mən işin bəzi təfərrüatlarını və FTB-nin işini qısaca təsvir edəcəyəm, sonra qalanını dinləyəcəksiniz. Amma artıq bildiyiniz kimi, bu gün Çonsi Billaps, Deymon Cons, Terri Rozir kimi şəxslər saxlanılıblar. Bilmədiyiniz odur ki, söhbət NBA oyunçuları və məşqçilərinin iştirakı ilə uzun illərdir davam edən qanunsuz qumar və idman fırıldaqlarından gedir.

FTB 11 ştatda əməliyyatı koordinasiya edib və nəticədə bu gün 30-dan çox şəxs həbs edilib. Biz bu cinayətkarların yalnız NBA daxilində etdikləri fırıldaqları üzə çıxarmadıq, həm də mafiyaya, o cümlədən bir çox cinayət sxemlərinə zərbə vurduq”, - Patel deyib.

İdman.Biz