“Sumqayıt” “Sabah”ın keçmiş basketbolçusunu heyətinə qatıb

Xəbərlər
16 Oktyabr 2025 13:30
44
“Sumqayıt” “Sabah”ın keçmiş basketbolçusunu heyətinə qatıb

“Sumqayıt” “Sabah”ın sabiq basketbolçusu Fuad Niftəliyevi transfer edib.

Bu barədə İdman.Biz-ə klubun mətbuat xidmətindən bildirilib.

Təcrübəli oyun qurucusu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Fuad “Sabah”ın heyətində 2 dəfə Azərbaycan çempionu olub. O, mövsümün ilk iki oyununda “Naxçıvan” klubunun heyətində meydana çıxıb.

İdman.Biz