Tahir Baxşıyev: “Onların döyüş ruhunu bəyəndim”

Müsahibə
7 Dekabr 2023 10:02
621
Tahir Baxşıyev: “Onların döyüş ruhunu bəyəndim”

"Zədəli oyunçularımız var idi. Hər biri də bizim üçün çox önəmlidir. Ancaq komandanın xarakter göstərə bilməsi çox xoşuma gəldi”.

İdman.biz xəbər verir ki, bunu NTD-İNDİQO komandasının baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının VII turunda "Neftçi"yə 93:71 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra deyib.

Azərbaycan millisində də eyni vəzifəni yerinə yetirəcək mütəxəssis bildirib ki, qələbənin əsas səbəbi komanda ruhudur: “Kimsə zədəlidirsə, bu o demək deyil ki, oyunçular ruhdan düşməlidirlər. Matça mübarizə aparmaq üçün çıxdıq. Komandanı qələbə münasibətilə təbrik edirəm. Hamı çox yaxşı oynadı. Düşünürəm ki, ən yaxşı görüşlərimiz qabaqdadır. Bu qarşılaşmada isə basketbolçularımın döyüş ruhunu bəyəndim".

Qeyd edək ki, Xaçmaz təmsilçisi 7 turdan sonra 13 xalla turnir cədvəlinin lideridir.

İdman.biz