Azərbaycan Basketbol Liqası: “Neftçi” ilk qələbəsini qazanıb - YENİLƏNİB

Xəbərlər
9 Oktyabr 2025 22:27
101
Azərbaycan Basketbol Liqası: “Neftçi” ilk qələbəsini qazanıb - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasının (ABL) II turunun oyunları başlayıb.

Turun açılış matçında “Neftçi” və “Şəki” komandaları üz-üzə gəlib.

Qarşılaşma “Neftçi”nin inamlı qələbəsi ilə başa çatıb - 92:68.

İlk turda “Neftçi” “Sabah”a 75:86, “Şəki” isə “Abşeron Lions”a 80:91 hesabı ilə məğlub olmuşdular.

10:25

Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) II turunun oyunları başlayacaq.

İdman.biz xəbər verir ki, turun açılış matçında “Neftçi” və “Şəki” komandaları üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da Bakı İdman Sarayında keçiriləcək.

İdman.Biz

Məqalədə: