“Leykers” Lebron Ceymslə bağlı planlarını açıqlayıb

Xəbərlər
2 Oktyabr 2025 08:11
45
“Leykers” Lebron Ceymslə bağlı planlarını açıqlayıb

Amerikalı jurnalist və insayder Deyv Makmenamin, “Los Anceles Leykers”in Milli Basketbol Assosiasiyasının (NBA) yeni mövsümündə Lebron Ceyms üçün planlarını açıqlayıb.

İdman.biz bildirir ki, Lebronun dekabrın sonunda 41 yaşı tamam olacaq.

“Mənə Lebronun adamlarının “Leykers” ilə vəziyyəti müzakirə etdiyini söylədilər. Məlum olub ki, komandaya uzunmüddətli perspektiv vacibdir. Klub çempionluq uğrunda mübarizə aparacaqsa, apreldən iyun ayına qədər onların Lebrona ehtiyacı var”, - deyə Makmenamin bildirib.

İdman.biz