Universiada: Azərbaycan badmintonçularının ikinci məğlubiyyəti

Xəbərlər
22 İyul 2025 16:21
59
Universiada: Azərbaycan badmintonçularının ikinci məğlubiyyəti

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Universitet Oyunlarında badminton yarışları davam edir

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qarışıq cütlərin digər matçında Aqil Qabilov və Həcər Nuriyeva ispaniyalı Daniel Franko və Karmen Ximenesə uduzublar - 0:2 (7:15, 15:17).

Daha əvvəl Murad Şabanzadə və Nigar Səmədova qarışıq cütü də niderlandlılara məğlub olublar - 0:2 (7:15, 7:15).

***
13:55

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Universitet Oyunlarında badminton yarışları davam edir

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qarışıq cütlüklərdə Azərbaycan idmançıları Murad Şabanzadə və Nigar Səmədova niderlandlı Brayan Vassink və Emi Tan dueti ilə qarşılaşıblar.

Hər iki setdə rəqiblər sevinib - 7:15, 7:15.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: