Universiada: Badmintonçularımız ikinci oyunda da uduzublar - YENİLƏNİB/FOTO

Xəbərlər
17 İyul 2025 21:47
58
Universiada: Badmintonçularımız ikinci oyunda da uduzublar - YENİLƏNİB/FOTO

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında badminton üzrə Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirib.

İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, B qrupunda yer alan yığmamız Avstraliya ilə qarşılaşıb.

Aqil Qəbilov, Həcər Nuriyeva, Nigar Səmədova və Murad Şabanzadənin yer aldığı kollektiv qarışıq komanda yarışlarında növbəti dəfə uduzub. İlk görüşdə Tailanda 0:5 hesabı ilə məğlub olan yığmamız bu dəfə də xalsız qalıb.

***

13:09

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında badminton üzrə komandalararası yarışa start verilib.

İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, B qrupunda yer alan Azərbaycan milli komandası ilk görüşündə Tailand yığması ilə qarşılaşıb.

Aqil Qəbilov, Həcər Nuriyeva, Nigar Səmədova və Murad Şabanzadənin yer aldığı kollektiv şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında 0:5 hesabı uduzub.

İdman.biz

Məqalədə: