Yeniyetmə badmintonçularımızdan qızıl və bürünc medallar

Xəbərlər
22 İyun 2025 22:59
48
Yeniyetmə badmintonçularımızdan qızıl və bürünc medallar

Serbiyanın Novi Sad şəhərində “Serbian Youth International – Novi Sad 2025” beynəlxalq badminton turniri keçirilib.

İdman.biz xəbər verir ki, yeniyetmə badmintonçularımız yarışda uğurlu çıxış ediblər.

13 yaşadək oğlanların şəxsi yarışında Ömər Mehdi qızıl medal qazanıb.

15 yaşadək qarışıq qoşa kateqoriyasında Fərəc Kərimli və Aysel Kazımova tandemi bürünc medala sahib çıxıb.

İdman.biz