"Neftçi" "Beşiktaş"da oynamış məşhur hücumçuya təklif göndərib

Xəbərlər
23 Sentyabr 2025 21:16
75
"Neftçi" "Beşiktaş"da oynamış məşhur hücumçuya təklif göndərib

"Beşiktaş"ın sabiq hücumçusu Vensan Abubakar Azərbaycanda çıxış edə bilər.

İdman.biz sportal.az-a istinadən xəbər verir ki, "Neftçi" kamerunlu forvardı heyətinə qatmaq istəyir. Bu barədə jurnalist Reşat Can Özbudak məlumat yayıb.

Bakı klubu hazırda azad agent statusunda olan 33 yaşlı forvarda rəsmi təklif göndərib.

Xatırladaq ki, bu ilin yazında "Qarabağ" klubunun da Abubakarla danışıqlar apardığı barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, Vensan Abubakar "Beşiktaş"dan başqa "Valensyen", "Loryan", "Portu" və "Əl-Nəsr"in formasını geyinib. Təcrübəli futbolçunun son klubu isə "Hatayspor" olub.

İdman.biz