Belə meydançada oynamaq çox çətindir.
İdman.biz xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının növbəti turunda “İmişli” – “Sumqayıt” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç deyib.
"Meydança çox pis vəziyyətdə idi. Bu da bizim üçün problemlər yaratdı. Səhvlərimiz oldu və qol buraxdıq. Daha yaxşı komandamız var. Sadəcə, bəxtimiz də gətirmədi", - məşqçi bildirib.
İliçin fikrincə, belə meydançada oynamaqdansa, süni örtüklü meydanda oynamaq daha yaxşıdır: "Amma buna mən yox, federasiya qərar verir. Gözəl kompleksdir. Amma meydançanın pis durumda olması, hər şeyi alt-üst edir".
İdman.biz