“Qarabağ”ın qələbə seriyası qırılıb

Xəbərlər
12 Fevral 2024 10:05
161
“Qarabağ”ın qələbə seriyası qırılıb

“Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı qələbə seriyası qırılıb.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ardıcıl 10 qalibiyyətdən sonra xal itiriblər.

Ağdam klubu XXII turun “Sabah”la ev oyununda qələbə qazana bilməyib – 3:3. “Qarabağ” sonuncu dəfə 2023-cü il oktyabrın 30-da “Araz-Naxçıvan”la görüşdə xal itirmişdi – 1:2.

XI turun qarşılaşmasından 104 gün sonra meydandan qələbəsiz ayrılan son çempion 2023-cü ildə “Kəpəz”i 7:1, “Səbail”i 3:1, “Sabah”ı 2:1, “Qəbələ”ni 3:0, “Sumqayıt”ı 6:1, “Neftçi”ni 2:0, “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. Seriyanı bu il də davam etdirən Qurbanovun komandası “Araz-Naxçıvan”ı 3:1, “Kəpəz”lə “Səbail”i eyni – 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, “Qarabağ” 51 xalla çempionatın lideridir.

İdman.biz