Azərbaycan Premyer Liqasında maraqlı olay: Oyunçu “oynaya bilmirəm” deyib meydançanı tərk etdi - FOTO

22 Fevral 2026 00:26
100
Azərbaycan Premyer Liqasında maraqlı olay: Oyunçu “oynaya bilmirəm” deyib meydançanı tərk etdi

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Karvan-Yevlax” – “Araz-Naxçıvan” qarşılaşmasında maraqlı hadisə yaşanıb.

Belə ki, qarşılaşmanın 83-cü dəqiqəsində “Karvan-Yevlax”ın legioneri Samuel Durrant heç bir əvəzetmə və ya hakimin göstərişi olmadan özbaşına meydanı tərk edib soyunub-geyinmə otağına yollanıb.

Durrant meydançanın kənarında artıq oynaya bilmədiyini bildirib.

Daha əvvəl Durrant oyunda zədələnmişdi.

Bundan sonra Füzuli Məmmədovun komandası matçın qalan hissəsini 10 nəfərlə davam etdirməyə məcbur olub.

İdman.Biz