Misli Premyer Liqasının 17-ci turunda “Kəpəz” səfərdə “Qarabağ”la qarşılaşıb.
İdman.Biz bildirir ki, matç 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Qolları 24-cü dəqiqədə Ryonosuke Ohori və 55-ci dəqiqədə Şahverdiyev vurublar.
“Qarabağ” üzərində bu qələbə “Kəpəz” üçün daha bir cəhətdən əlamətdar olub.
Belə ki, bu, Gəncə klubunun Azərbaycan çempionatlarında 100-cü səfər qələbəsidir.
Komanda çempionatlardakı ilk səfər qələbəsini 1992-ci ildə “Plastik” (Salyan) üzərində qazanıb – 3:0.
