“Kəpəz”in yeni oyunçusu: “Gəncə bir çox cəhətdən doğma şəhərim Kutaisiyə bənzəyir”

Xəbərlər
20 Yanvar 2026 01:57
37
“Kəpəz”in yeni oyunçusu: “Gəncə bir çox cəhətdən doğma şəhərim Kutaisiyə bənzəyir”

“Kəpəz”in yeni oyunçusu Mate Abuladze Gəncə klubuna keçmə səbəbləri və Azərbaycan haqqında ilk təəssüratları barədə danışıb.

İdman.Biz-in məlumatına görə, müdafiəçi transfer barədə asanlıqla qərar verdiyini bildirib.

“Yaxşı bir təklif aldım və çox tərəddüd etmədən qəbul etmək qərarına gəldim”, futbolinfo.az Abuladzedən sitat gətirir.
Oyunçu etiraf edib ki, transferindən əvvəl Azərbaycanda oynayan həmvətənləri ilə danışıb. “Rati Ardazişvili və Otar Aptsiauri ilə danışdım. Həmçinin Georgi Papunaşvili ilə də dostam. Əvvəllər “Samtredia”da komanda yoldaşı olduğum Abdulla Xaybulayevlə də danışdım”, - deyə o qeyd edib.

“Kəpəz”in çempionatdakı vəziyyəti barədə danışan Abuladze komandanın çətin vəziyyətdən çıxa biləcəyinə əminliyini bildirib.

“Bəli, “Kəpəz” hazırda turnir cədvəlinin sonuncu pilləsindədir, amma inanıram ki, birlikdə bundan çıxış yolu tapacağıq”, - deyə oyunçu vurğulayıb.

Oyunçu həmçinin ölkə və şəhər haqqında təəssüratlarını da bölüşüb. “Çox xoş təəssüratlarım var. Buradakı insanlar mehriban və səmimidirlər, şəhər gözəldir. Düşünürəm ki, Gəncə bir çox cəhətdən mənim doğma Kutaisimə oxşayır”, - Abuladze bildirib.

İdman.Biz