Veliçko Kaplanoviç: “Hücumçuya ehtiyacımız var”

Xəbərlər
22 Dekabr 2025 23:01
38
Veliçko Kaplanoviç: “Hücumçuya ehtiyacımız var”

“Sabah”ı qələbə münasibətilə təbrik etmək istəyirəm. Yaxşı oynadılar, qələbəyə layiq idilər. Bütün səhvlərimizin cəzasını çəkdik”.

İdman.Biz bildirir ki, bu sözləri “Sumqayıt” klubunun məşqçisi Veliçko Kaplanoviç Misli Premyer Liqasının “Sabah”la oyunundan sonra deyib.

Qarşılaşma 3:1 hesabı ilə “Sabah”ın xeyrinə başa çatıb.

“İkinci hissədə daha yaxşı oynamağa çalışdıq. Ancaq bu elə oyunlarda bütün 90 dəqiqəni yaxşı oynamaq lazımdır.
İkinci və üçüncü qolu çox sadə buraxdıq. Bu səhvlərdən qolları gərək buraxmazdıq.

Hücumçuya ehtiyacımız var. Rəhbərliyə bu barədə düşüncələrimizi çatdırmışıq. Amma qısa zamanda yaxşı hücumçu tapmaq çətin məsələdir”, - Kaplanoviç əlavə edib.

İdman.Biz