Kurban Berdiyev: “Qırmızı vərəqədən sonra bu xal yaxşıdır”

Xəbərlər
8 Noyabr 2025 22:45
28
Kurban Berdiyev: “Qırmızı vərəqədən sonra bu xal yaxşıdır”

“Oyun təxmin etdiyimiz kimi çətin oldu”.

İdman.Biz bildirir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Zirə” ilə oyundan sonra deyib.

Qarşılaşma 0:0 hesabı ilə qurtarıb.

“Qırmızı vərəqədən sonra daha da çətin idi. Futbolçularıma təşəkkür edirəm ki, xarakter göstərdilər. İmkan daxilində əks-hücumlar yaratdılar, kifayət qədər də təhlükəli olurdu.

Qırmızı vərəqədən sonra bu xal yaxşıdır. Hakimi mühakimə etmək çətindir. Bilmirəm baş hakim qərarını (qırmızı vərəqə barədə) niyə dəyişdi.

İdman.Biz