Kaxaber Tsxadadze: “Biz yaxşı oyun göstəririk”

Xəbərlər
3 Noyabr 2025 22:38
44
Kaxaber Tsxadadze: “Biz yaxşı oyun göstəririk”

“Son matçlarımızda bəxtimiz gətirmir”.

İdman.Biz bildirir ki, bi sözləri “Qəbələ” klubunun baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasında 10-cu tur çərçivəsində “Sabah”la oyundan sonra deyib.

Qarşılaşma 1:0 “Sabah”ın xeyrinə başa çatıb.

“Əminəm ki, qarşıdakı oyunlarda bəxtimiz də gətirəcək. İlk hissədə standart vəziyətdən bir səhvdən qol buraxdıq. İkinci hissədə isə daha yaxşı oyun göstərdik. Futbolçular xarakter göstərdilər. İlk hissənin əvvəlində bu xarakteri göstərə bilsəydik, başqa cür ola bilərdi. Biz yaxşı oyun göstəririk. Buna görə də nəticənin daha yaxşı olacağına inanıram”, - baş məşqçi bildirib.

İdman.Biz