“Mövsümün əvvəlində də demişdim, rəhbərlik “Neftçi”nin güclənməsi üçün lazım olan hər şeyi edib”.
İdman.Biz bildirir ki, bu sözləri “Neftçi”nin sabiq məşqçisi Vaqif Sadıqov deyib.
“Komanda son turlarda inamlı çıxış edir və ümid edirəm ki, davamlı olar. “Neftçi”nin əzəmətini qaytarması çempionatın, Azərbaycan futbolunun inkişafına faydalı olacaq”.
Sadıqov “Futbolpress.az“a açıqlamasında kamerunlu Vensan Abubakarın kluba gəlişinin nəticələrə təsirinə də toxunub:
“Abubakarın “Neftçi”yə təsiri danılmazdır. Rəhbərlik onu transfer etməkl komandada fərqli atmosfer yaratdı. Kifayət qədər təcrübəli və səviyyəli oyunçudur. Digər futbolçular da onun yanında daha yaxşı oynamağa çalışır. Rəhbərliyin bu siyasəti, Samir Abasovun bundan məharətlə istifadə etməsi “Neftçi” üçün yalnız və yalnız yaxşı haldır. Ümid edək ki, ardı gələr və “Neftçi”ni çempionluq üçün mübarizə aparan görərik. Bu, liqaya da marağı artıracaq, rəqabət güclənəcək”.
