“Oyunçularımla fəxr edirəm. “Qarabağ” kimi güclü komandaya qarşı bu səviyyədə futbol oynadıq”.
İdman.Biz bildirir ki, bu sözləri “İmişli” klubunun baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının X turunda “Qarabağ”la oyundan sonra bildirib.
“Birinci hissədə taktiki cəhətdən fantastik çıxış etdik. Yaxşı hazırlaşmışdıq. Bilirdik ki, “Qarabağ”ın güclü tərəfi nədir. Keyfiyyətli oyunçuları var, gözləyirdik ki, arxada boşluqları olacaq. İlk hissədə taktiki cəhətdən hər şey düzgün idi. İki epizodu əldən verdik, rəqibin hücumlarının qarşısını ala bildik. Qol vura bilmədik. Qol vura bilmirsənsə, əksi olur.
İkinci hissədə bilirdik ki, bizi çətin anlar gözləyir. “Qarabağ” yüksək pressinq edəcəkdi, təzyiq göstərəcəkdi. Buna hazır idik. İlk qolu buraxdıqdan sonra taktiki cəhətdən dəyişiklik etmək istədik ki, qol vuraq. “Qarabağ”ın yüksək sürətli, texnikalı oyunçuları bundan istifadə edib, bizə 2-ci qolu vurdular. Uduzduğumuza görə, məyusuq. Amma oyunumuzdan razıyam. “Qarabağ” kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir. Onları təbrik edirəm, uğurlar arzulayıram”, - Kaşkilya deyib.
Qeyd edək ki, “Qarabağ” – “İmişli” oyunu Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
