Rəşad Sadıqov: “Hazırda rəqabətə tap gətirə biləcək gənc futbolçumuz yoxdur”

Xəbərlər
25 Oktyabr 2025 23:41
44
Rəşad Sadıqov: “Hazırda rəqabətə tap gətirə biləcək gənc futbolçumuz yoxdur”

“Fürsət düşdükcə yerli futbolçulara şans verən məşqçiyəm. Hazırda rəqabətə tap gətirə biləcək gənc oyunçumuz yoxdur. Bizim hələ ki elə imkanımız yoxdur ki, perspektivli uşaqları aşağı yaş qruplarından ibarət komandalarımıza cəlb edək.”.

İdman.Biz bildirir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sumqayıt”la oyundan sonra bildirib.

Misli Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən qarşılaşma 1:0 hesabı ilə “Zirə”nin xeyrinə qurtarıb.

“Bilirdik ki, çox yaxşı formalaşmış və uğurlu çıxış edən bir komandaya qarşı oynayacağıq. Matça yaxşı başladıq. Birinci hissə üstünlüyümüzlə keçdi, hesabı açdıq. İkinci yarıda rəqibin böyük qüvvə ilə irəli atılacağı bəlli idi. Belə də oldu. Yaxaladığımız boşluqlardan səmərəli istifadə edib ikinci qolu vursaydıq, oyun bizim üçün daha rahat keçərdi. Biz vurmadıqca rəqib daha böyük qüvvə ilə hücuma çıxırdı. Bu dəqiqələrdə futbolçularımız yaxşı xarakter nümayiş etdirdi və rəqibə fərqlənməyə imkan vermədilər. Çox vacib 3 xal qazandıq”.

İdman.Biz