“Zirə” çox çətin rəqibdir”.
İdman.Biz bildirir ki, bu sözləri “Zirə” ilə oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç deyib.
Misli Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən oyun 1:0 hesabı ilə “Zirə”nin qələbəsi ilə qurtarıb.
“Birinci hissədə, xüsusilə də ilk 25 dəqiqədə niyə zəif oynadığımızı başa düşmədim. Amma ikinci yarıda biz daha üstün idik. Birinci hissədə də bu cür oynasaydıq, nəticə başqa cür olardı”, - İliç qeyd edib.
