Aron Maluda “Sabah”ın 400-cü qolunu vurub - VİDEO

Xəbərlər
20 Oktyabr 2025 20:57
46
Aron Maluda “Sabah”ın 400-cü qolunu vurub - VİDEO

“Sabah”ın hücumçusu Aron Maludanın Misli Premyer Liqasının VIII turunda “Zirə”nin qapısına vurduğu qol tarixə düşüb.

İdman.Biz xəbər verir ki, oyunun 45+2-ci dəqiqəsində fərqlənən fransalı oyunçu “bayquşlar”ın bütün turnirlərdə vurduğu 400-cü qolun da müəllifi olub.

Bu, Maludanın “Sabah”dakı ilk qoludur.

Qeyd edək ki, “Sabah” – “Zirə” oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.

İdman.Biz

Məqalədə: