II Liqa: “Qaradağ Lökbatan” liderliyini möhkəmləndirib

Xəbərlər
20 Oktyabr 2025 20:00
31
II Liqa: “Qaradağ Lökbatan” liderliyini möhkəmləndirib

Futbol üzrə Azərbaycan II Liqasında VI turun oyunları davam edir.

İdman.Bİz xəbər verir ki, bu gün “Şəmkir” doğma meydanda “Qaradağ Lökbatan”ı qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1.

Xallarını 15-ə yüksəldən “Qaradağ Lökbatan” çempionatın lideridir. 9 xalı olan “Şəmkir” isə 6-cı yerdədir.

Turun digər oyununda “Göygöl” və “Ağstafa Gəncləri” heç-heçə oynayıblar – 1:1. Sonuncular çempionatda ikinci xallarını qazanıblar və 11-ci yerdədirlər. “Göygöl” 6 xalla səkkizinci yerdə qərarlaşıb.

“Kür-Araz”la “Quba”nın oyununda isə qapılara 7 qol vurulub. Qonaqlar darmadağınla qalib gəliblər – 6:1. “Quba” bu qələbədən sonra 13 xalla ikinci yerdədir. “Kür-Araz” 4 xalla 10-cudur.

İdman.Biz