Samir Abbasov: “Hakim görünməyən VAR-dan penalti çıxardı”

Xəbərlər
3 Oktyabr 2025 22:12
40
Samir Abbasov: “Hakim görünməyən VAR-dan penalti çıxardı”

“Komandamla qürur duyuram. Oyuna yaxşı girə bilmədik”.

İdman.biz bildirir ki, bu sözləri Misli Premyer Liqasının 7-ci turunda “Zirə” ilə oyundan sonra “Neftçi”nin baş məşqçisi Samir Abbasov deyib.

Oyun 2:2 hesabı ilə bitib. “Zirə” bərabərlik topunu 90+8-ci dəqiqədə penaltidən vurub.

Abbasov oyunun hakimlərindən şikayət edib: “Hakim görünməyən VAR-dan penalti çıxardı. Bu gün bizim udmağımız mümkünsüzdür. Maraqlısı da odur ki, 4-cü hakimə dəfələrlə yalvardım, dedim ki, qurban olum, mən uşaqları sakitləşdirəcəm, sən o epizoddan qabaq Kurçinin epizodunu baş hakimə izlətdir. Dedi narahat olma, deyəcəm. Bilirəm axı deməyəcək. Dedim, yanındayam, de. Baş hakim sonra bildirdi ki, Alessionun epizodu ilə bağlı mənə heç nə deyilmədi”.

İdman.biz