Anje Mutsinzi: “Çempion olmaq üçün potensialımız var”

Xəbərlər
2 Oktyabr 2025 22:17
27
Anje Mutsinzi: “Çempion olmaq üçün potensialımız var”

“Zirə”nin futbolçusu Anje Mutsinzinin “Futbolpress.az”a müsahibə verib.

İdman.biz həmin müsahibəni təqdim edir:

– Liqada yolunuza məğlubiyyətsiz davam edirsiniz. Nəticələri necə şərh edərdiniz?

– Nəticələr yaxşıdır, amma düşünürəm ki, bundan da yaxşı ola bilərik. Çox xal toplamaq imkanımız var idi. Yenə də sevinirəm ki, zirvədə qalmaq üçün mübarizəmizi davam etdiririk.

– Bu mövsüm Premyer Liqada çıxış edən “İmişli” ilə oyunda xal itirdiniz. Bu kimi itkilər gələcəkdə komandanın əleyhinə vəziyyət yaratmaz?

– Yaxşı oynadıq, qol imkanları yaratdıq. Amma üç xal qazana bilmədik. Buna baxmayaraq, komanda yaxşı mübarizə apardı. Oyunumuz məni qane edir.

– “Zirə” çempionluğa namizədlərdən hesab edilir. İllərdir dominantlıq edən “Qarabağ”ı büdrətmək mümkün olacaq?

– Bəli, inanıram ki, bunu bacaracağıq. Çempion olmaq üçün potensialımız var. Lakin daha artırmalı, çox çalışmalıyıq. Liqada heç bir oyun asan deyil.

– Çox çalışmaqla çempionluğa nail ola bilərsiniz?

– Bu tempdə davam etsək, dominantlıq edə bilərik. Oyunumuzla göstərmişik ki, istənilən komandadan xallar almağa qadirik.

– Azərbaycanda ikinci mövsümünüzü keçirirsiniz. Liqa ilə bağlı fikirləriniz nədir?

– Azərbaycan çempionatı inkişaf edir. Ötən ilə nisbətən bu il oyunlar daha çətindir, rəqabət artıq. Liqaya gələn keyfiyyətli oyunçular var. Onlar da çempionatı gücləndirir.

– Növbəti oyun “Neftçi”yə qarşı olacaq. Matçdan gözləntiləriniz nədir?

– Asan oyun olmayacaq. Rəqibə də xallar lazımdır. Maraqlı, gərgin görüş olacaq. Yaxşı nəticə üçün sona kimi mübarizə aparacağıq.

İdman.biz