Samir Abbasov: “Nə tələb olunursa, hamısını etdik, amma…”

Xəbərlər
28 Sentyabr 2025 00:33
35
Samir Abbasov: “Nə tələb olunursa, hamısını etdik, amma…”

“Bu vaxta kimi bir epizod vermədən, qol vura bilməyib itirdiyimiz xallar həqiqətən üzücüdür. Bu gün daha çox üzücüdür”.

İdman.biz bildirir ki, bu sözləri Misli Premyer Liqasının 6-cı turunda “Karvan-Yevlax”la oyundan sonra “Neftçi”nin baş məşqçisi Samir Abbasov deyib.

Oyun qolsuz bərabərliklə nəticələnib.

“Son oyunlara baxsaq, bu qədər templi, dinamik oyun görməmişdim. Futbolçulardan çox razıyam. Xal itirsək də, belədir. Futbolun maraqlı tərəfi odur ki, bu qədər epizod yaradırsan, ancaq qol vura bilmirsən. Müdafiəyə oturmuş rəqibə qarşı oynadıq. Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik. Uzaqdan zərbələr, cinahlardan hücum... Arxaya oturmuş komandaya qarşı etməli olacağımız, hər şeyi etdik. Bəxtsizlik... Bunun izahını və cavabını tapa bilmirik. Bundan sonra da belə oynamalıyıq. Qollar gələcək. Son oyundan sonra ümidliydik ki, tilsim qırılır...”, - Abbasov bildirib.

İdman.biz