“Neftçi”nin gücü hamıya bəllidir. “Sumqayıt”la oyunlarını təhlil etmişdik”.
İdman.biz xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 6-cı turu çərçivəsində “Neftçi” ilə oyundan sonra “Karvan-Yevlax” komandasının baş məşqçisi Azər Həşimov deyib.
Qarşılaşma 0:0 hesabı ilə bitib.
“Neftçi”nin fərdi keyfiyyəti yüksək oyunçuları var. Onların qarşısını almağa çalışdıq. Müdafiədən oynayıb, əks-hücumlar qurmağı planlaşdırmışdıq. Futbolçularımız əzmkar mübarizə apardı. Ən azından 1 xal qazanmaq istəyirdik. Bunu da etdik”.
Həşimov onu da qeyd edib ki, Premyer Liqada heç kim "Karvan-Yevlax"a 3 xal gözü ilə baxmamalıdır: “İmişli”yə uduzduqdan sonra futbolçularla söhbətləşdik. Komandanı silkələdik ki, toparlanmaq lazımdır. Bütün futbolçular 95 dəqiqə sona qədər mübarizə apardılar, inandılar ki, xal qazana bilərik”.