Rahil Məmmədovu karyerasını ölkəmizdə davam etdirəcək.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin futbolçusu "Araz-Naxçıvan"la anlaşıb.
Bu barədə məlumatı "Aris"lə oyundan Naxçıvan Futbol Federasiyasının prezidenti və klubun faktiki rəhbəri Zaur Axundov verib. O, 30 yaşlı müdafiəçi ilə tezliklə rəsmi müqavilə bağlanılacaq: "Sonuncu transferimiz Rahil Məmmədovdur. O, hazırda Polşadadır və yaxın günlərdə "Araz-Naxçıvan"a qoşulacaq. Danışıqlar 99 faiz başa çatıb və transferini açıqlayacağıq".
Qeyd edək ki, Məmmədov mövsümün Polşa "Radomyak" klubunda keçirib.
İdman.biz