"Qəbələ" "Kəpəz"i məğlub edib

Xəbərlər
21 İyul 2025 21:09
62
"Qəbələ" "Kəpəz"i məğlub edib

“Qəbələ” yeni mövsümün hazırlığını davam etdirir.

İdman.biz xəbər verir ki, “qırmızı-qaralar” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Kaxaber Tsxadadzenin yetirmələri “Kəpəz”lə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol fasilədən sonra vurulub. Paulo Quimbila hesabı açıb, ardınca Domi Massoumou fərqlənib – 2:0.

Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəlib.

Yoxlama oyunu
Qəbələ” – “Kəpəz” – 2:0
Qollar:
Paulo Quimbila, 72, Domi Massoumou, 82

İdman.biz