"Karvan" "Şamaxı"ya uduzub

Xəbərlər
21 İyul 2025 21:37
51
"Karvan" "Şamaxı"ya uduzub

Azərbaycan Premyer Liqası çıxış edəcək “Şamaxı” və “Karvan” yoxlama oyununda qarşılaşıblar.

İdman.biz xəbər verir ki, oyun Qəbələ şəhər stadionunda keçirilib.

Görüş Şamaxı futbolçularının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Abdulla Şuaybu və Bilal İsmayilov fərqləniblər.

Qeyd edək ki, “Karvan” mövsümlərarası fasilədə ilk matçını keçirib. “Şamaxı” isə ilk sınağında “Qəbələ”yə 1:2 hesabı ilə uduzub.

İdman.biz