Riçard Almeyda: “İnanıram ki, milli qrupun son oyunundan yaxşı nəticə ilə dönəcək”

Müsahibə
19 Noyabr 2023 13:44
Riçard Almeyda: “İnanıram ki, milli qrupun son oyunundan yaxşı nəticə ilə dönəcək”

“Belçika millisi ulduz futbolçulardan təşkil olunub. İsveçdə də çox güclü oyunçular var idi. Amma milli komandamız onları məğlub etməyi bacardı”.

Bunu İdman.biz saytına Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda deyib.

AVRO-2024-ün seçmə mərhələsində bu gün yığmamız Belçika ilə üz-üzə gələcək. Almeyda bildirib ki, futbolçularımızın səfərdən yaxşı nəticə ilə qayıdacağına ümid edir: “İsveçi böyük hesabla məğlub etdik. Bu səbəbdən futbolçular yaxşı əhval-ruhiyyədədirlər. Arzu edirəm ki, bu, Belçika ilə oyundan sonra da davam etsin. İnanıram ki, milli qrupun son oyunundan yaxşı nəticə ilə dönəcək”.

Qeyd edək ki, Belçika - Azərbaycan matçı Brüsseldə “Kinq Baudouin” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Emin Ağa

İdman.biz